azturkxeber.az
http://azturkxeber.az

Cəlilabadda vətəndaş qəbulu keçirilib

05-12-2025

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 5 dekabr 2025-ci il tarixində Cəlilabad rayonunda vətəndaşları qəbul edib.

Öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı Cəlilabad, Cəbrayıl və Biləsuvar rayon sakinlərinin hüquqi yardım, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031