azturkxeber.az
http://azturkxeber.az

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

05-12-2025

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kamboca Krallığının Pnompen şəhərində səfərdədir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının və Kamboca Krallığı Hökumətinin birgə dəvəti əsasında reallaşıb.

Nümayəndə heyəti BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının müvafiq sahə üzrə fəaliyyət göstərən Komitəsinin iclasında iştirak edib və 2025-2028-ci illər üzrə Komissiyanın “Qabaqcıl texnologiyalar və ağıllı dövlət xidmətləri” adlı işçi qrupuna rəhbər seçilib.

İclasın açılış hissəsində Dövlət Agentliyinin sədri tərəfindən “ASAN xidmət” təcrübəsi barədə məlumat verilib. O, Dövlət Agentliyi ilə BMT və onun müxtəlif bölmələri arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan söz açıb. Hazırda "ASAN xidmət" təcrübəsinin 30-dan çox ölkəyə ixrac edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə ABŞ, Qazaxıstan, Koreya Respublikası, Kamboca, Filippinin, Qırğız Respublikasının və digər ölkələrin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər.

Nümayəndə heyətinin Kambocaya səfəri davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031