azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Ali Məclisində iştirak qaydaları yenilənir: Mandat itkisi şərtləri artırıldı

04-12-2025

Naxçıvan Ali Məclisi deputatlarının iclaslarda iştirak qaydaları sərtləşdirilir.
Azturkxeber.az xəbər verir ki, bu məsələ “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Yeni dəyişikliklərə əsasən, Ali Məclisin ardıcıl olaraq 5 iclasını üzrsüz səbəbdən buraxan deputatın mandatına xitam veriləcək.
Hazırkı qanunvericiliyə görə isə Ali Məclisin sədri növbəti sessiyanın bütün iclaslarında və ya il ərzində 10 iclasda üzrsüz iştirak etməyən deputat barədə məsələni İntizam komissiyasına təqdim edir. Komissiya iki həftə ərzində araşdırma apararaq əsaslar müəyyən edilərsə, deputat səlahiyyətlərinin itirilməsi ilə bağlı rəy hazırlayır və məsələ Ali Məclisin müzakirəsinə çıxarılır.
Səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə keçirilən iclasda bu məsələyə baxılır. Deputat iclasa qatılmadıqda isə müzakirə onun iştirakı olmadan davam etdirilir. Ali Məclis üzvləri yalnız səlahiyyətlərin itirilməsi üçün kifayət qədər əsasların olub-olmadığını araşdıra, İntizam komissiyasına suallar ünvanlaya və mövzu üzrə lehinə və ya əleyhinə çıxış edə bilərlər.
Deputat səlahiyyətlərinin itirilməsi barədə qərar Ali Məclisdə ən azı 23 səs çoxluğu ilə qəbul olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031