azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

04-12-2025

Milli Məclisin sədri, 102 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Milli Məclisin sədri vətəndaşlara ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli inkişaf siyasəti və onun prioritetləri, Azərbaycanın əldə etdiyi misilsiz nailiyyətlər barədə məlumat verib. Həmçinin, ölkəmizin iqtisadi inkişafı fonunda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər seçicilərin diqqətinə çatdırılıb. Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən nəhəng yenidənqurma və bərpa işləri, "Böyük Qayıdışa dair Dövlət Proqramı"nın uğurla icra olunması, şəhid ailələrinə və müharibədə sağlamlığını itirmiş vətəndaşlarımıza yüksək dövlət qayğısı və dəstəyi, həmçinin digər tədbirlər haqqında da məlumat verilib.

Videoqəbulda spiker, Şəmkir şəhərindən, həmçinin rayonun Çinarlı qəsəbəsindən və Təzəkənd kəndindən olan seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Müraciətlərdə əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan, baxılması üçün icra hakimiyyəti nümayəndələrinə istiqamətləndirilib. Digər bir qisim müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib, vətəndaşlara ətraflı izahat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031