Gürcüstanın xarici işlər naziri ATƏT-in Baş katibi ilə regional məsələləri müzakirə edib
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində təşkilatın baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə tərəflər Gürcüstanın təhlükəsizliyinə və regional sabitliyə dair mövcud çağırışlar, beynəlxalq hüquq prinsiplərinin qorunmasının vacibliyi və ATƏT ilə müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Boçorişvili Rusiyanın nəzarəti altında olan Gürcüstan ərazilərindəki ağır təhlükəsizlik və humanitar vəziyyət barədə məlumat verib.
Nazir, həmçinin, Cenevrə beynəlxalq danışıqlarının regionda sülhün bərpası və vəziyyətin sabitləşməsi üçün başlıca format olduğunu qeyd edib və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə ATƏT rəhbərliyinə təşəkkür edib.
Məlumatda bildirilib ki, tərəflər Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi üçün ATƏT-in rolunun artırılmasının zəruriliyini xüsusi vurğulayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: