azturkxeber.az
http://azturkxeber.az

Dünya Bankının nümayəndələri ilə əlilliyin qiymətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb

04-12-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının missiyası ilə görüş olub.

Ötən dövrdə nazirliklə Dünya Bankı arasında uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov son illər ölkəmizdə əlillik və reabilitasiya sahələrində aparılan islahatlara dair məlumat verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əlilliyin qiymətləndirilməsi sisteminin rəqəmsal infrastrukturunun qurularaq daim təkmilləşdirildiyi qeyd edilib. 2022-ci il iyulun 1-dən qabaqcıl dünya təcrübəsi əsasında tətbiq olunan yeni meyarlarla əlilliyin qiymətləndirilməsinin daha geniş spektrdə olmaqla, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında həyata keçirildiyi bildirilib. Habelə reabilitasiya xidmətləri və vasitələri ilə təminat sahəsində görülən işlər, bu sahədə yeniliklər diqqətə çatdırılıb.

Missiyanın üzvləri - Dünya Bankının ölkə meneceri Stefanie Stallmeister, sosial müdafiə üzrə baş mütəxəssisləri Marijana Jarasevic və Aleksandra Posarac, əməliyyatlar üzrə analitik Nigar Saidixova aparılan islahatlara dair fikirlərini bildiriblər.

Görüşdə əlillik sistemi üzrə Dünya Bankının yeni məsləhət xidmətləri və analitika çərçivəsində araşdırmaları təqdim edilib, əlillik sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031