azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Mərakeş arasında məşğulluq sahəsində əməkdaşlıq genişlənir

04-12-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığında rəsmi səfərdə olub.

Səfər Agentlik ilə Mərakeş Krallığının Məşğulluğun və Bacarıqların Təşviqi üzrə Milli Agentliyi (ANAPEC) arasında imzalanmış 2025–2026-cı illər üzrə Fəaliyyət Planının icrası çərçivəsində baş tutub.

Nümayəndə heyəti ANAPEC-in direktoru Abdullah Çouih və qurumun aidiyyəti struktur bölmələrinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə ANAPEC tərəfindən icra olunan aktiv məşğulluq proqramları, miqrasiya sahəsində həyata keçirilən təşəbbüslər, iki qurum arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Həmçinin, nümayəndə heyəti ANAPEC-in tərəfdaşlığı ilə fəaliyyət göstərən, pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən gənclər üçün peşə hazırlığı proqramları həyata keçirən və xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə işləyən AHAR SEBTI Assosiasiyası, eləcə də Həmrəylik Rəqəmsal İnkubatoru ilə tanış olub. Səfər zamanı “Məşğulluğa yönəlik kouçinq” layihəsinin təlimçiləri və kouçları ilə də görüşlər keçirilib.

Bundan əlavə, nümayəndə heyəti Mərakeşin Sale və Rabat şəhərlərinin ucqar bölgələrində vətəndaşlara məşğulluq xidmətlərinin göstərilməsi məqsədilə yaradılmış mobil məşğulluq bölmələrinin fəaliyyəti ilə yerində tanış olub.

Qeyd edək ki, Fəaliyyət Planının icrası çərçivəsində ANAPEC nümayəndə heyətinin də Azərbaycana səfəri nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031