azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

04-12-2025

Dekabrın 4-də Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir V.Mustafayev V.Koakerin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanın müdafiə sənayesi sektorunun dayanıqlı inkişaf mərhələsində olduğunu və beynəlxalq tərəfdaşlıqların bu inkişafda mühüm rol oynadığını vurğulayıb.

Nazir Azərbaycanın müdafiə sənayesi sahəsində qazandığı uğurlar, istehsal imkanları, yeni texnologiyaların tətbiqi haqqında geniş məlumat verib. V.Mustafayev, həmçinin Birləşmiş Krallıqla müdafiə sənayesi sahəsində əlaqələrin inkişafının qarşılıqlı fayda gətirəcəyinə inandığını diqqətə çatdırıb.

V.Koaker isə səmimi görüşə görə təşəkkürünü bildirib. O, Azərbaycanın regional sabitlik və təhlükəsizlik sahəsində oynadığı rolu yüksək qiymətləndirib və Birləşmiş Krallığın müdafiə sənayesi də daxil olmaqla müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

V.Koaker Azərbaycanın müdafiə sənayesində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, iki ölkə arasında tərəfdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib.

Səmimi və konstruktiv şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031