azturkxeber.az
http://azturkxeber.az

“ASAN xidmət”də Beynəlxalq Könüllülər Günü qeyd olunub

04-12-2025

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN könüllüləri ilə görüşüb.

Görüş 5 Dekabr — Beynəlxalq Könüllülər Günü ərəfəsində təşkil olunub.

Ülvi Mehdiyev iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib, onlara fəaliyyətlərinə görə təşəkkür edib.

Tədbir çərçivəsində ASAN könüllülərinin 2025-ci il ərzindəki fəaliyyətini əks etdirən videoçarx da nümayiş olunub.

Ardınca il ərzində xüsusi fəallıq göstərən bir sıra könüllülər “İlin ASAN Könüllüsü” nominasiyası üzrə, habelə könüllülər üzrə məsul şəxslər könüllülük fəaliyyətinin təbliğində aktiv iştiraklarına, fəal təşkilatçılıq fəaliyyətlərinə və təşəbbüskarlıqlarına görə mükafatlandırılıblar.

“ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən etibarən 44.000-ə yaxın gənc bu prosesə könüllü kimi qoşulub. Bu müddət ərzində könüllülər tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə icra olunub, 3400-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031