azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın regional mərkəzləri tərəfindən Əlilliyi olan Şəxslərin Beynəlxalq Günü münasibətilə hüquqi maarifləndirici tədbirlər keçirilib

03-12-2025

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb və Şimal-Qərb regional mərkəzləri tərəfindən 3 Dekabr - Əlilliyi olan Şəxslərin Beynəlxalq Günü münasibətilə hüquqi maarifləndirici tədbirlər keçirilib.

Tədbirdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olduğu qeyd edilib, Müvəkkilin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsinin təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirdiyini bildirib.

Tədbir zamanı, həmçinin ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, sosial təminatı, reabilitasiya və cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərdən bəhs edilib, mövzu üzrə iştirakçıların sualları cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031