azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva: İnklüzivlik seçim deyil, insan hüququdur

03-12-2025

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə təqdim edilən videoçarx inklüziv cəmiyyətin təbliği və əlilliyi olan şəxslərin hüquqlarının tam həyata keçirilməsinin vacibliyini önə çıxarır.

İnklüzivlik seçim deyil, insan hüququdur və cəmiyyətdə hər bir şəxs bərabər imkanlardan faydalanmaq hüququna malikdir.

Bu xüsusda televiziya kanallarının, həmçinin aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən media nümayəndələrinin, bloggerlərin və influenserlərin göstərdiyi dəstəyi yüksək qiymətləndirərək səmimi təşəkkürümüzü bildirir, mövzunun həssaslığını nəzərə alıb məsələni daim gündəmdə saxlanmasını vacib hesab edirik.

Gəlin birlikdə inklüziv cəmiyyətin qurulmasına dəstək olaq və hər kəsin bərabər imkanlara sahib olması üçün birgə çalışaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031