azturkxeber.az
http://azturkxeber.az

Dünya Bankının missiyası ilə görüşdə “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işləri müzakirə olunub

03-12-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” üzrə missiya Azərbaycanda səfərdədir. Dünya Bankının nümayəndələrindən ibarət missiya ilə Nazirlikdə görüş olub.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının ən yaxşı təcrübələr əsasında genişləndirilməsində “Məşğulluğa Dəstək Layihəsi”nin önəmini vurğulayıb.

Həssas qrupların kiçik biznesə çıxışına imkan yaradan bu Layihə üzrə artıq 25 mindən çox şəxsə avadanlıqlar verilməklə, onlar üçün istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatların qurulduğu qeyd edilib.

Dünya Bankının missiyasının rəhbəri Anna Suxova və missiyanın üzvləri Layihənin icrası ilə bağlı fikirlərini bölüşüblər. Layihənin icrası üzrə ölkəmizin uğurlu təcrübəsindən bəhs olunub. Beynəlxalq səviyyədə də maraqla qarşılanan bu təcrübənin digər ölkələrdə də nümunəvi təcrübə kimi təqdim olunması məsələləri müzakirə olunub.

Görüşdə “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işləri, bu sahədə növbəti mərhələlər üzrə prioritetlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031