azturkxeber.az
http://azturkxeber.az

Dövlət Komitəsində “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə”yə dair təlim keçirilib

03-12-2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur bölmələrinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə”yə dair maarifləndirici təlim keçirilib. Təlimin keçirilməsində məqsəd mövcud qaydanın tətbiqi məsələləri barədə məlumatlılığın artırılması olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov təlim iştirakçılarına korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, növləri və buna görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, mübarizə metodları və vasitələri, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətə baxılması və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyi sistemi qurulub, korrupsiyaya qarşı mübarizə prioritet sahələrdən birinə çevrilib.

Təlim Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində keçirilib. Təlimə komitənin 30-a yaxın əməkdaşı cəlb olunub.

Maarifləndirici tədbir sual-cavab və müzakirələrlə yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031