azturkxeber.az
http://azturkxeber.az

Dövlət Komitəsi Böyük Qayıdışla bağlı fləşmob keçirib

03-12-2025

Ölkə başçısının tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramının icrası sürətlə davam edir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə həyata keçirilir və hazırda həmin ərazilərdə 62 mindən çox vətəndaş yaşayır, çalışır və fəaliyyət göstərir. Qayıdış prosesinin uğurla icrası ölkə ictimaiyyətində böyük maraq və məmnunluqla qarşılanır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını əks etdirən videoçarxların paytaxtın reklam lövhələrində nümayişi ilə bağlı fləşmob həyata keçirib. Təqdim olunan fləşmob həmin maarifləndirici təşəbbüsün bir hissəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031