DİN: Dekabrın 2-də 39 cinayət faktı açılıb 282 nəfər saxlanılıb

Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Dekabrın 2-də ölkə ərazisində qeydə alınan 24, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 282, o cümlədən borclu şəxs qismində axtarışda olan 257 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: