azturkxeber.az
http://azturkxeber.az

ASAN AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir

03-12-2025

2 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Huawei” şirkətinin Orta Şərq və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Angela Linin rəhbərlik etdiyi nümayəndə heyəti, “GenAI Works”un Baş direktoru və həmtəsisçisi Steve Nouri və Edinburq Maliyyə İnnovasiyaları Mərkəzinin həmdirektoru və Edinburq Universitetində maliyyə üzrə müəllim Xaləddin Rzayev ilə görüşüb.
Qonaqlar Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimat mərasimində iştirak məqsədilə ölkəmizə səfər ediblər.
Onlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.
Qonaqlar “ASAN xidmət” modelinin fəaliyyətinin onlarda yüksək təəssürat yaratdığını bildiriblər. Görüş zamanı müvafiq tərəflərlə Dövlət Agentliyi arasında əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.
Eyni zamanda “ASAN xidmət” mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanışlıq olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031