azturkxeber.az
http://azturkxeber.az

NİİM bu gün Aeroport şossesində baş verən qəza ilə bağlı açıqlama yayıb

02-12-2025

NİİM bu gün Aeroport şossesində baş verən qəza ilə bağlı açıqlama yayıb

Bu gün səhər saatlarında Aeroport şossesi, mərkəz istiqamətində hərəkət edən minik avtomobili yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü həyatını itirib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu cür qəzaların olmaması üçün sürücülər sadəcə həyat üçün vacib olan iki nüansa məsuliyyətlə yanaşmalıdırlar. Onlar yorğun və yuxusuz halda sükan arxasına keçməməlidirlər, həmçinin yolda diqqəti yayındıracaq hərəkətlərə yol verməməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031