Milli Məclisin deputatları Estoniyaya səfər edəcəklər

Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Afət Həsənova, qrupun üzvləri Fatma Yıldırım, Şahin Seyidzadə və Erkin Qədirli dekabrın 3-də Estoniyanın Tallin şəhərinə səfər edəcəklər.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Millət vəkilləri burada Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycanın Estoniyadakı səfirliyinin təşkil etdiyi tədbirə qatılacaqlar, Ulu Öndərin əziz xatirəsini yad edəcəklər. Səfər çərçivəsində deputatlar həmçinin Estoniya parlamentariləri və ölkə rəsmiləri görüşlər keçirəcəklər. Görüşlərdə parlamentlərarası əlaqələrin genişləndirilməsi və əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılacaq.
Səfər dekabrın 6-da başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: