azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin deputatı Türkiyəyə səfər edəcək

02-12-2025

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova dekabrın 3-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcək.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Millət vəkili səfərdə Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə keçiriləcək “Türk qadınının seçmə və seçilmə hüququnun 91-ci ildönümü” adlı tədbirdə iştirak edəcək.

Səfər dekabrın 5-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031