“İnsan alverinin potensial qurbanlarının maarifləndirilməsi” mövzusunda təlim keçirilib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi, “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində idarənin könüllüləri və Lənkəran Dövlət Universitetinin tələbələri üçün “İnsan alverinin potensial qurbanlarının maarifləndirilməsi” mövzusunda təlim keçirilib.
Tədbirdə Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov “İnsan alverinə qarşı mübarizə üzrə beynəlxalq və milli qanunvericilik: hüquq vasitələri” mövzusunda çıxış edib, zorakılığa yol verilməməsi və insan alverinə qarşı mübarizənin təşviq edilməsi məqsədilə Ombudsman təsisatı tərəfindən müntəzəm olaraq bu sahədə əhalinin müxtəlif qrupları üçün maarifləndirici tədbirlər keçirildiyini bildirib.
Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb, mövzu üzrə videoçarxlar nümayiş etdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: