azturkxeber.az
http://azturkxeber.az

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində məktəblilərin iştirakı ilə təlimlər keçirilib

02-12-2025

Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, “Nar” şirkətinin maliyyə dəstəyi ilə icra edilən “Hüquqlarınla parla!” layihəsi çərçivəsində məktəblilərin iştirakı ilə onlayn maarifləndirmə təlimləri təşkil olunub.

Layihə çərçivəsində keçirilən tədbirlərdə təlimçi qismində iştirak edən Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı şagirdlərə hüquq və vəzifələri, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının əsas müddəaları, uşaqların müdafiə mexanizmlərinə çıxış imkanları, zorakılıq və onun formaları, erkən evlilik, məcburi əmək və digər hüquq pozuntularının mahiyyəti və onların hüquqi nəticələri, həmçinin Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə geniş məlumat verib.

Bir sıra dövlət və əlaqədar qurumların nümayəndələrinin təlimçi qismində çıxış etdiyi interaktiv təlimlərdən Bakı şəhərinin 30 ümumtəhsil məktəbini əhatə etməklə ümumilikdə 550 şagird yararlanıb. Hər bir təlimin sonunda onlayn test formatında təlimləri əhatə edən mövzular üzrə şagirdlərin bilikləri qiymətləndirilib. Nəticələrə uyğun olaraq ən yüksək bal toplayan şagirdlərin sertifikatla mükafatlandırılması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031