azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə Nazirliyinin rəhbər heyəti tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02-12-2025

Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir.

Noyabr ayında Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov tərəfindən Lənkəran və Göyçay regional ədliyyə idarələri ilə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib.

Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda penitensiar sahə ilə bağlı 10 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Qəbula qatılan vətəndaşlar belə görüşlərin region sakinləri üçün əhəmiyyətini vurğulayıb, operativ həll mexanizmlərindən məmnunluqlarını ifadə ediblər.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031