Nazirlik əməkdaşlarının iştirakı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

“Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və Suverenlik İli elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyası təşkil olunub.
Nazirlik əməkdaşları Naxçıvan-Şərur magistral yolunun 15-ci kilometrliyində, yolun sağ və sol hissələrində müəyyənləşdirilmiş ərazilərdə torpaq-iqlim şəraitinə uyğun 200-dən artıq ağac əkib, onlara aqrotexniki qulluq göstəriblər.
Aksiyanın məqsədi əməkdaşlar arasında ekoloji maarifləndirmənin gücləndirilməsi, ətraf mühitin qorunmasına dəstək və yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə verməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: