azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib

01-12-2025

Dekabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən bildirilib ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin (üçüncü oxunuş) müzakirəsi və Samiq Asəf oğlu Sadıxovun Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi məsələsi daxil edilib.

Gündəlikdə duran birinci məsələnin müzakirəsi zamanı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, qanun layihəsi 7 noyabr 2025-ci il tarixdə Ali Məclisin iclasında ikinci oxunuşda müzakirə edilib. Hüquq siyasəti komitəsi tərəfindən üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsi baxılması üçün Ali Məclisin iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi ilə əlaqədar Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verdikdən sonra “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul olunub.

İclasın gündəliyində duran ikinci məsələnin müzakirəsi zamanı Samiq Asəf oğlu Sadıxovun Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi ilə əlaqədar təqdimat və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar layihəsi diqqətə çatdırılıb. Sonra qərar səsə qoyularaq qəbul olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031