azturkxeber.az
http://azturkxeber.az

FHN-in Bakı Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

01-12-2025

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi növbəti ağacəkmə aksiyası keçirib.

Bakı Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov və Mərkəzin şəxsi heyətinin iştirak etdiyi və Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunan aksiya Regional Mərkəzin ərazisində təşkil edilib.

Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.

Ağacəkmə aksiyasında Mərkəzin əməkdaşları tərəfindən müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031