azturkxeber.az
http://azturkxeber.az

Dövlət Xidmətində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirilib

01-12-2025

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş təşkil edilib.

Tədbir korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da gücləndirilməsi, qeyri-hökumət təşkilatları və media nümayəndələrini Dövlət Xidmətində şəffaflığın təminatı, vətəndaşlara göstərilən xidmətlərdə yeniliklər, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən işlərlə tanış etmək məqsədi daşıyıb.

Görüş iştirakçılarına Xidmətin fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması, vətəndaşlara göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi sahəsində həyata keçirilən vacib tədbirlər haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, idarəetmənin rəqəmsal texnologiyalara əsaslanan daha çevik və şəffaf proseslərlə təmin edilməsi istiqamətində görülən işlər nəticəsində vətəndaşlar artıq hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilirlər. Vətəndaşlar xidmət mərkəzlərinə getmədən həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə öz hərbi məlumatları ilə tanış ola, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər.

Görüşdə sözügedən məsələlər ətrafında müzakirələr aparılıb, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin təklifləri dinlənilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031