Asiya Parlament Assambleyasının komitə iclasında

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev dekabrın 2-də bu təşkilatın Siyasi məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün İran İslam Respublikasının Məşhəd şəhərinə səfər edəcək.
Millət vəkili səfər çərçivəsində “Demokratiya yolu ilə harmonik inkişaf”, “Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın qurulması” və digər mövzuları əhatə edən qətnamə layihələrinin müzakirəsində iştirak edəcək. Deputatımızın iclasda çıxışı nəzərdə tutulub.
Səfər dekabrın 6-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: