Növbəti köç karvanları Xocalı rayonunun Təzəbinə kəndinə çatıb

Noyabrın 25-də doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb. Bu mərhələdə Təzəbinə kəndinə köçürülən 66 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: