Növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb

Noyabrın 25-də doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb. Bu mərhələdə Xanyurdu kəndinə köçürülən 38 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: