Sabah hava əsasən yağmursuz keçəcək
Azərbaycanda noyabrın 12-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən yağmursuz. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 18-23° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə əsasən yağmursuz. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda əsasən yağmursuz. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 15-20°, bəzi yerlərdə 22° isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda əsasən yağmursuz. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda əsasən yağmursuz. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-6° isti, gündüz 10-15° isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada əsasən yağmursuz. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 17-21° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda əsasən yağmursuz. Arabir duman. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 17-21° isti, dağlarda gecə 11-13° isti, gündüz 17-20° isti olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: