azturkxeber.az
http://azturkxeber.az

“Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib

11-11-2025

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, zabit və müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov gənc zabitləri Müdafiə Nazirliyinin rəhbərliyi adından “leytenant” hərbi rütbəsinə layiq görülmələri münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra məzunlara sertifikatlar təqdim olunub, kurs birincisi leytenant Rahidə Şahverdiyeva tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin çıxışları ilə sona çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930