Əmanətlərin Sığortalanması Fondu Lənkəran Dövlət Universitetində təlim keçib
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Lənkəran Dövlət Universitetində (LDU) maliyyə savadlılığının artırılması məqsədilə “Beynəlxalq Əmanət Günü: Əmanətlərin qorunması – sabit maliyyə sisteminin əsası” mövzusunda əsas hədəf qruplardan olan tələbələr üçün təlim keçirib.
ƏSF-dan bildirilib ki, təlimdə LDU-nun İqtisadiyyat və idarəetmə fakultəsinin dekanı Gülbəniz Əliyeva, Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi, Ümumi işlər departamentinin direktor müavini Emil Bayramov, Hüquq departamentinin əməkdaşı Mirzəhra Miriyeva, Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin baş mütəxəssisi Lalə Cəfərli iştirak ediblər.
Spikerlər tələbələri əmanətlərin sığortalanması sisteminin təkamülü, əmanətlərin sığortalanması sistemi və qanunvericilik, risklərin idarə edilməsi, risk əsaslı sığortalanma mexanizmi, habelə böhran zamanı kommunikasiyanın rolu mövzularında maarifləndiriblər. Təlimin sonunda iştirakçılar fond tərəfindən sertifikat və hədiyyələrlə təltif ediliblər.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu maliyyə savadlılığının artırılması məqsədilə tələbə gənclər üçün bu səpkili təlimləri, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri irəlidə də davam etdirəcək.
Əmanətlərin Sığortalanması Fondu gələcəkdə də ölkənin müxtəlif regionlarında tələbə və digər əhali kateqoriyaları üçün oxşar maarifləndirici tədbirlər keçirməklə maliyyə savadlılığının artırılmasını və əmanətçilərin hüquqlarının müdafiəsinə dair biliklərin genişləndirilməsini davam etdirməyi planlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:








