azturkxeber.az
http://azturkxeber.az

Daha bir neçə istiqamət üzrə keçirilən marşrut müsabiqələrinin qalibləri müəyyən edilib

15-10-2025

Daha bir neçə istiqamət üzrə keçirilən marşrut müsabiqələrinin qalibləri müəyyən edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Gəncə – Qazax və Qazax – Gəncə, Şəmkir – Gəncə, Gəncə – Goranboy və Goranboy – Gəncə, Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal), Könüllü (Şəmkir) – Gəncə (avtovağzal), Qovlarsarı (Samux) – Gəncə (dəmiryol vağzalı) və Qarabağlar (Samux) – Gəncə (dəmiryol vağzalı) avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

AYNA-dan bildirilib ki, qalib Gəncə – Qazax və Qovlarsarı (Samux) – Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə fiziki şəxs Əsgərov Taleh Qafar oğlu, Qazax – Gəncə marşrutu üzrə fiziki şəxs Mirzəyev Xəyal Vəli oğlu, Şəmkir – Gəncə və Könüllü (Şəmkir) – Gəncə (avtovağzal) marşrutları üzrə hüquqi şəxs "Şəmkir-Sərnişinnəqliyyat" ASC, Gəncə – Goranboy, Goranboy – Gəncə, Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal) və Qarabağlar (Samux) – Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə hüquqi şəxs "Simurq-Avto" MMC elan olunub.

Qeyd edək ki, müsabiqələrin nəticəsinə əsasən, Gəncə – Qazax, Qazax – Gəncə və Şəmkir – Gəncə istiqamətləri üzrə istismar ediləcək avtobuslar 2025-ci il istehsalı olan müasir nəqliyyat vasitələridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031