azturkxeber.az
http://azturkxeber.az

Daha bir neçə avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri açıqlanıb

11-04-2025

Daha bir neçə avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri açıqlanıb

Sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Mingəçevir, Bakı-Balakən (Qabaqçöl qəsəbəsi), Bakı-Tərtər, Bakı-Oğuz, Gəncə-Bərdə, Gəncə-İsmayıllı, Bərdə-Gəncə, Mingəçevir-Şəki və Mingəçevir-Balakən şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

• “Bakı-Mingəçevir” və “Bakı-Tərtər” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC;

• “Bakı-Balakən” (Qabaqçöl qəsəbəsi) marşrutu üzrə fiziki şəxs Əfəndiyev Ceyhun Fərrux oğlu;

• “Bakı-Oğuz” marşrutu üzrə fiziki şəxs Həmidzadə Qorxmaz Namik oğlu;

• “Gəncə-Bərdə” marşrutu üzrə hüquqi şəxs “Gəncə Ekspress” ASC;

• “Gəncə-İsmayıllı” marşrutu üzrə fiziki şəxs Çobanov Vəli Əsgər oğlu;

• “Bərdə-Gəncə” marşrutu üzrə fiziki şəxs Novruzov Arzuman Rizvan oğlu;

• “Mingəçevir-Şəki” marşrutu üzrə fiziki şəxs Məmmədov Azər Məmməd oğlu;

• “Mingəçevir-Balakən” marşrutu üzrə fiziki şəxs Məmmədov Ayaz Məmməd oğlu komissiya üzvləri tərəfindən qalib elan olunublar.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930