azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 8 faizədək artıb

10-10-2025

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz artaraq 2,6 milyard dollar təşkil edib.

Azturkxeber.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına dair ilkin göstəricilərinə istinadən xəbər verir ki, qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 20,5 faiz artaraq 841,4 milyon dollara bərabər olub.

İcmala əsasən, cari ilin doqquz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 14,9 milyon dollar və ya 46,9 faiz, meyvə-tərəvəz 143,7 milyon dollar və ya 31,3 faiz, kimya sənayesi məhsulları 45,6 milyon dollar və ya 22 faiz, pambıq iplik 2,7 milyon dollar və ya 12,5 faiz, çay 159,4 min dollar və ya 3,3 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 3,9 milyon dollar və ya 2,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 708,1 min dollar və ya 1 faiz artıb.

Cari ilin yanvar-sentyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,8 faiz artaraq 667,1 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 233,1 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,2 faiz artaraq 900,2 milyon dollar təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031