azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanda iki yol-nəqliyyat hadisəsi 10-dan çox insanın ölümü ilə nəticələnib

14-09-2025

Qazaxıstanda iki yol-nəqliyyat hadisəsi 10-dan çox insanın ölümü ilə nəticələnib

Qazaxıstanda ölümlə nəticələnən iki böyük yol-nəqliyyat hadisəsi baş verib.

Karaqanda vilayətində, “Karaqanda-Ayaquz-Buqaz” avtomobil yolunda “Ford Mondeo” markalı avtomobilin sürücüsü icazəsiz yerdə ötmə əməliyyatı həyata keçirərkən qarşıdan gələn hərəkət zolağına çıxaraq “Changan” avtomobili ilə toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər yerindəcə həlak olub.

Jetısu vilayətində, “Almatı-Ust-Kamenoqorsk” avtomobil yolunda daha bir ağır yol-nəqliyyat hadisəsi baş verib. “Nissan Cefiro” markalı avtomobilin sürücüsü qarşıdan gələn hərəkət zolağına çıxaraq, orada əvvəlcə “Lada VAZ”, sonra isə “Chevrolet Cobalt” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Nissan Cefiro”nun sürücüsü yerindəcə keçinib. “Lada VAZ”da 4 nəfər olub: bir sərnişin həlak olub, daha biri xəsarət alıb və xəstəxanaya yerləşdirilib. “Chevrolet Cobalt” avtomobilində biri uşaq da olmaqla səkkiz nəfər olub. İlkin məlumatlara görə, onların hamısı hadisə yerində dünyasını dəyişib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930