azturkxeber.az
http://azturkxeber.az

Çin robotu 100 metr məsafədə yeni dünya rekordu qırıb

15-08-2025

Çin robotu 100 metr məsafədə yeni dünya rekordu qırıb

Çinin şərqindəki Çjetzyang Universitetinin mühəndisləri bildiriblər ki, onların “Ağ kərgədan” adlı dördayaqlı robotu 100 metr məsafəyə qaçışda yeni rekord qırıb. Robot bu məsafəni 16,33 saniyəyə qət edib. Bundan əvvəl Cənubi Koreya robotu “Hound” 100 metr məsafəni 19,87 saniyəyə qət etmişdi.

İnsanlar arasında 100 metr məsafəyə qaçışda hazırkı dünya rekordu 9,58 saniyədir və o, 2009-cu ildə Berlində Useyn Bolt tərəfindən əldə edilib.

Rekord Çjetzyan əyalətinin paytaxtı Xançjouda sınaq meydançasında qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031