azturkxeber.az
http://azturkxeber.az

Neftçalada iki nəfərə xəsarət yetirən şəxs saxlanılıb

24-07-2025

Neftçalada iki nəfərə xəsarət yetirən şəxs saxlanılıb

Neftçala rayonunda iki nəfərə deşici alətlə çoxsaylı xəsarətlər yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ötən gün saat 17:00 radələrində rayonun Xıllı qəsəbəsinin ərazisində baş verib. Hadisə zamanı F. Bağırov deşici alətlə H. Əhmədova və Ə. Bağırovaya çoxsaylı xəsarətlər yetirib.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlara təcili tibbi yardım göstərilib və stasionar müalicəyə cəlb edilərək həkim nəzarətinə götürülüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ə. Bağırova F. Bağırovun həyat yoldaşı, H. Əhmədov isə qayınatasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031