azturkxeber.az
http://azturkxeber.az

Ağsu rayonunda Xalçaçı günü"nə həsr edilmiş "İlmələrin sehri" adlı tədbir keçirilib

05-05-2025

5 may 2025-ci il tarixdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "5 May - Xalçaçı günü"nə həsr olunmuş "İlmələrin sehri" adlı tədbir keçirilib.

Tədbirdə xalça məmulatlarının sərgisi təşkil olunub. İştirakçılara Azərbaycanda mövcud olan xalçaçılıq qrupları, ayrı ayrı bölgələrin xalça elementləri, toxunuş texnikaları, xalçaçılığın yaranma və keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycan xalçaları qədim dekorativ sənət əsərləri kimi hələ qədim zamanlardan yüksək keyfiyyəti ilə dünya şöhrəti qazanıb. Gözəl sənət əsərləri kimi yüksək qiymətləndirilən Azərbaycan xalçaları görkəmli avropa rəssamlarının bir sıra məhşur tablolarında zinət vasitəsi kimi geniş istifadə edilib və dünyanın ən zəngin xalçaçılıq muzeylərində Azərbaycan xalçaları nümayiş olunur.

Tədbir Ağsu rayon Mədəniyyət Mərkəzinin hazırladığı maraqlı konsert proqramı ilə davam edib.

Mənbə Azturkxeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031