azturkxeber.az
http://azturkxeber.az

Aksel Drekol: Zaksenhauzen əsir düşərgəsində saxlanılmış azərbaycanlı qurbanların xatirə lövhəsinin açılması əlamətdar hadisədir

05-05-2025

Aksel Drekol: Zaksenhauzen əsir düşərgəsində saxlanılmış azərbaycanlı qurbanların xatirə lövhəsinin açılması əlamətdar hadisədir

Zaksenhauzen əsir düşərgəsində saxlanılmış azərbaycanlı qurbanların xatirəsinə həsr olunan memorial lövhənin açılması bizim üçün əlamətdar hadisə və böyük şərəfdir.

Bu barədə Zaksenhauzen Memorial Kompleksinin rəhbəri Aksel Drekol Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Zaksenhauzen əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr edilmiş xatirə lövhəsinin açılış mərasimində jurnalistlərə müsahibəsində bildirib.

“Zaksenhauzen əsir düşərgəsi səksən il əvvəl azad olunmasına baxmayaraq, burada baş verənlərin araşdırılması hələ də çox əhəmiyyətlidir. Burada bir çox ölkənin və xalqın nümayəndələrinin nə qədər əziyyət çəkdiyini, Hitler rejiminə qarşı mübarizə apardıqlarını öyrənmək çox önəmlidir. Düzdür, bu mübarizə sonda uğurla nəticələndi, lakin bu, çox ağır itkilər hesabına əldə edildi”, – deyə o vurğulayıb.

Zaksenhauzendə sistemli şəkildə qətlə yetirilən əsirlərin ən böyük qrupunu sovet ordusundan olan hərbi əsirlərin təşkil etdiyini deyən Kompleksin rəhbəri onların arasında azərbaycanlıların da olduğunu diqqətə çatdırıb. Aksel Drekol xatirə lövhəsinin açılmasının əhəmiyyətini xüsusi vurğulayaraq, bu təşəbbüsə görə Azərbaycanın Almaniyadakı səfirliyinə minnətdarlığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031