azturkxeber.az
http://azturkxeber.az

Özbəkistan və Qazaxıstan 4 milyard dollarlıq birgə investisiya layihələri portfeli formalaşdırıb

29-03-2025

 

Özbəkistan və Qazaxıstan 4 milyard dollardan çox məbləğdə birgə investisiya layihələri portfeli formalaşdırıb.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və onun qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev Almatı şəhərində qeyri-rəsmi görüş keçiriblər.

İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ardıcıl dərinləşdirilməsi məsələləri nəzərdən keçirilib.

"Bütün səviyyələrdə aktiv əlaqələr saxlanılır. Ticarət dövriyyəsinin həcmi ilin əvvəlindən 14 faiz artıb, 4 milyard dollardan çox məbləğdə investisiya layihələri portfeli formalaşdırılıb. Eyni zamanda, regionlararası sıx əlaqələr və mədəni-humanitar mübadilə inkişaf etdirilir", - məlumatda bildirilib.

Dövlət başçıları hər iki ölkənin baş nazirlərinin müavinlərinin qarşılıqlı ticarətin artırılması, elektrotexnika, neft-qaz, toxuculuq, aqrar və digər prioritet sahələrdə aparıcı müəssisələrin əməkdaşlıq layihələrinin genişləndirilməsi üzrə görülən tədbirlər barədə hesabatlarını dinləyiblər.

Prezidentlər uzunmüddətli sənaye əməkdaşlığı proqramının formalaşdırılması, regional əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirilməsinin sürətləndirilməsi üçün konkret tapşırıqlar veriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31