azturkxeber.az
http://azturkxeber.az

Maliyyə Nazirliyinin nümayəndə heyəti PEMPAL proqramının plenar  iclasında iştirak edib

29-03-2025

 

25-28 mart tarixlərində Avstriyanın paytaxtı Vyanada Dünya Bankının “Dünya maliyyəsinin idarəedilməsi üzrə təcrübə mübadiləsi (PEMPAL) proqramı”nın dövlət xərclərinin idarə edilməsi üzrə plenar iclası keçirilib. 

Azturkxeber.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Üzv ölkələrin maliyyə nazirlərinin, dövlət xəzinədarlığının rəhbərlərinin, Avropa Komissiyası və Dünya Bankının yüksək səviyyəli rəsmilərinin, PEMPAL katibliyinin təmsilçilərinin və ekspertlərin iştirak etdiyi tədbirdə ölkəmizi Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirdə N.Qasımzadə “PEMPAL ölkələrində xəzinədarlıq funksiyalarının rəqəmsallaşdırılması və genişləndirilməsi” mövzusunda təqdimatla çıxış edib, maliyyə sahəsində Azərbaycanda aparılan islahatlar, xəzinədarlığın elektron təşkili, xəzinə informasiya sisteminin müasirləşdirilməsi və digər məsələlər haqqında geniş məlumat verib.
Plenar iclasda keçirilən səsvermənin nəticəsinə əsasən, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadə PEMPAL proqramının Xəzinədarlıq Cəmiyyətinin İdarə Heyətinin yeni sədri seçilib.
Proqram çərçivəsində növbəti tədbirin mayın sonunda Gürcüstanın paytaxtı Tbilisidə keçirilməsi qərara alınıb.
PEMPAL proqramı 2005-ci ildə Dünya Bankı tərəfindən təsis edilib, hökumət xərclərinin idarə edilməsi üzrə dövlət fiskal orqanlarının şəbəkəsidir və  özündə Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropanın 21 ölkəsini birləşdirir. Proqramının məqsədi dövlət maliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır. PEMPAL Proqramına üzv olan ölkələrin nümayəndələri, beynəlxalq ekspertlər mütəmadi olaraq əldə etdikləri müsbət təcrübəni bölüşür, fikir mübadiləsi aparırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31