azturkxeber.az
http://azturkxeber.az

Gəncədə Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü keçirilib

26-03-2025

 

Martın 26-da Gəncə şəhərində Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü (Infoday) keçirilib. Tədbirdə festivalın əsas məqsəd və vəzifələri, keçirilmə qaydaları və iştirak şərtləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib, 

İnfoday çərçivəsində festivalın konsepsiyası, müraciət proseduru və festival daxilində reallaşdırılacaq layihələr barədə ətraflı video təqdimat nümayiş olunub. Tədbirdə iştirak edən uşaqlara festivalda qeydiyyat keçməklə bağlı müraciət qaydaları izah edilib.

Görüşdə Azərbaycan Respublikasının  mədəniyyət nazirinin  müavini Fərid Cəfərov, Azərbaycan Respublikasının xalq artisti Şahnaz Həşimova, Azərbaycan Respublikasının əməkdar artisti Kəmalə Tağızadə, Azərbaycan Respublikasının əməkdar artisti Kəmalə Məmmədova, Azərbaycan Respublikasının əməkdar artisti Novruz Cəfərov və Azərbaycan Respublikasının əməkdar artisti Salamulla İsmayılov da iştirak etdi.

Sonda istedadlı uşaqların iştirakı ilə müxtəlif bədii nömrələr nümayiş olunub. Tədbir iştirakçıları festivalın uşaqların yaradıcılığını dəstəkləmək və incəsənətə marağı artırmaq baxımından mühüm rol oynadığını qeyd ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31