azturkxeber.az
http://azturkxeber.az

"Bu fürsət Ermənistan üçün daimi olmayacaq” - Prezidentin xüsusi nümayəndəsi

26-03-2025

 

"Ermənistanı razılaşmaya getməyə təşviq edən nüanslardan biri bu fürsətin daimi olmayacağıdır. Onu əldən vermək səhv olardı”.

 Azturkxeber.az  “Perfil”ə istinadən xəbər verir ki, bunu Argentinanın paytaxtı Buenos-Ayresdə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov deyib.

Onun sözlərinə görə, yekunlaşan danışıqlar münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması üçün yol açır. Lakin bunun üçün, Ermənistan öz konstitusiyasını dəyişdirməli, ərazi iddialarından imtina etməli və xarici qüvvələri sərhədyanı bölgələrdən çıxarmalıdır:

“Bu müqavilə son deyil, başlanğıcdır. Sülh sadəcə sözlərlə yox, əməllərlə qurulur. Biz Qafqazın daha firavan və dinc gələcəyinə dair ümumi baxışla irəliləməliyik- deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31