Bakı metropoliteninin stansiyalarında 534 dəfə eskalatorların dayanmasına səbəb olub
Bakı metropoliteninin stansiyalarında 2025-ci ilin ilk 2 ayında sərnişinlər 534 dəfə eskalatorların dayanmasına səbəb olub.
Azturkxeber.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
“Sərnişinlərimizi bir daha eskalatorda olarkən daha diqqətli, məsuliyyətli və ehtiyatlı davranmağa çağırırıq. Əks halda özünüzün və digər sərnişinlərin həyatı üçün təhlükə yarada bilərsiniz”, - məlumatda qeyd edilib.