azturkxeber.az
http://azturkxeber.az

XXI Moskva konfransında Şəmkirin numizmatik tapıntıları barədə məruzə edilib

23-03-2025

XXI Moskva konfransında Şəmkirin numizmatik tapıntıları barədə məruzə edilib


“Rusiya tarixində Şərq zinətləri. Orta əsrlər dövrü və onun arxeoloji göstəriciləri” adlı XXI Moskva konfransı baş tutub.

Rusiya, Qırğızıstan, Tatarıstan, Qazaxıstan, Özbəkistan, Almaniya alimlərinin təmsil olunduğu hibrid formatda keçirilən konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova məruzə ilə çıxış edib.

Təqdim edilən “Şəmkir orta əsr şəhərgahının numizmatik tapıntıları” mövzusunda məruzədə 2017-ci ildə Şəmkir Arxeoloji Ekspedisiyasının rəhbəri, professor Tarix Dostiyevin Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fonduna təhvil verdiyi, Şəmkir şəhərgahında aşkarlanmış VIII – XIII əsrlərə (Abbasilər, Eldənizlər, Səlcuqlu, Gürcüstan) aid mis sikkələr barədə məlumat verilib.

Məruzənin yekununda yaranan suallar cavablandırılıb və əməkdaşlıqla əlaqədar təkliflər edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31