azturkxeber.az
http://azturkxeber.az

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

23-03-2025

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir


Macarıstanın enerji təhlükəsizliyi Türkiyəsiz mümkün deyil.

Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bəyan edib.

O, Türkiyəni çox etibarlı tərəfdaş adlandıraraq qeyd edib ki, bu qarşılıqlı münasibət Budapeştin bəzi qonşularından fərqlidir.

"Türkiyə vasitəsilə Macarıstana rekord həcmdə təbii qaz tədarük olunur və hazırda da enerji sahəsində şirkətlərimiz arasında yeni birgə investisiyalar barədə razılıq əldə etmişik. “MOL”un Türkiyədəki tərəfdaşı olan “TPAO” Macarıstanda yeni yataqların kəşfiyyatı və işlənməsi üçün 15 milyon dollardan çox sərmayə yatıracaq", - deyə nazir bildirib.

Nazir, həmçinin qeyd edib ki, Macarıstan və Türkiyə öz ölkələrinin enerji təhlükəsizliyinə qarşı hücumlara qarşı birgə mübarizə aparır.

"Türkiyədəki son səfərim zamanı dostum Alparslan Bayraktar ilə etibarlı əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı etibarlı danışıqlar apardıq", - deyə Macarıstanın xarici işlər naziri Türkiyəyə son səfəri ilə bağlı müsbət təəssüratlarını bölüşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31