azturkxeber.az
http://azturkxeber.az

Bu gün Ümumdünya Meteorologiya Günüdür

23-03-2025

Bu gün Ümumdünya Meteorologiya Günüdür


Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və ona üzv olan ölkələr hər il mart ayının 23-nü Ümumdünya Meteorologiya Günü kimi qeyd edir. Ümumdünya Meteorologiya Gününün hər il bir deviz altında keçirilməsi artıq ənənəyə çevrilib. Bu ilin devizi isə “Erkən xəbərdarlıq boşluğunu birlikdə aradan qaldırmaq”dır.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, ölkəmizdə hidrometeorologiya sahəsinin inkişaf etdirilməsinə dövlət tərəfindən xüsusi önəm verilir.

“Ümumdünya Meteorologiya Təşkilatının standartlarına və tövsiyələrinə uyğun olaraq dövlət inkişaf proqramları çərçivəsində hidrometeorologiyanın inkişaf etdirilməsi üzrə respublikamızda məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, son illər ölkə üzrə avtomatlaşdırılmış meteoroloji stansiyaların sayı 58-ə, hidroloji stansiyaların sayı 40-a, dəniz müşahidə stansiyalarının sayı 6-ya çatdırılıb. Həmçinin Erkən Xəbərdarlıq Sisteminin əsas tərkib hissəsi hesab edilən 3 meteoroloji dopler radar quraşdırılıb və 2 aeroloji zond stansiyasının fəaliyyəti yenidən bərpa edilib. Eyni zamanda, meteo.az mobil tətbiqi istifadəyə verilib ki, bununla ölkə ərazisində mövcud və gözlənilən hava şəraiti, temperatur, küləyin sürəti və istiqaməti, atmosfer təzyiqi, rütubət, eyni zamanda, hava xəbərdarlıqları haqqında məlumatlar təqdim olunur”, - deyə N.Mahmudov vurğulayıb.

Xidmət rəisinin sözlərinə görə, hidrometeorologiya sahəsinin inkişafı üzrə işlər davam edir və növbəti illərdə də avtomatlaşdırılmış hidrometeoroloji stansiyaların, yeni meteoroloji dopler radarların quraşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

N.Mahmudov Azərbaycanın 1993-cü ildən Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulduğunu və həmin konvensiyadan irəli gələn bütün tələblərə əməl edərək, mütəmadi olaraq hidrometeoroloji müşahidələr apardığını, məlumatların beynəlxalq və regional mübadiləsini təmin edərək, təşkilatın qəbul etdiyi qərarları icra etdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31