azturkxeber.az
http://azturkxeber.az

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT

23-03-2025

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT


Yeni araşdırma beynin sözləri yadda saxlamaq üçün vacib olan hissələrini və epilepsiyanın bu prosesə təsirini müəyyən edib.

Tədqiqat “Brain Communications” jurnalında dərc olunub. Həmin tədqiqat göstərib ki, beynin prefrontal, temporal və singulat kortekslərinin, həmçinin hipokampusun kiçilməsi sözlərin xatırlanmasını çətinləşdirir.

Tədqiqatda 84 temporal epilepsiya və hipokampal skleroz xəstəsi, eləcə də 43 sağlam insan iştirak edib. Yüksək dəqiqlikli MRT beyin skanları vasitəsilə beynin müxtəlif hissələrinin ölçüsü və forması analiz edilib. İştirakçılar şifahi yaddaş testlərindən keçib və nəticələr beyin ölçüləri ilə müqayisə olunub. Kiçik beyin bölgələrinin zəif yaddaşla əlaqəli olduğu müəyyənləşib.

Professor Con Dunkan bildirib ki, beynin hansı hissələrinin sözlərin xatırlanması üçün vacib olduğunu anlamaq epilepsiya xəstələrinin neyrocərrahi müalicəsinə istiqamət verməyə kömək edə bilər. Bu, əməliyyat zamanı yaddaş və dil üçün mühüm olan beyin bölgələrinin qorunmasına şərait yarada bilər.

Tədqiqat Böyük Britaniyanın Epilepsiya Tədqiqatı Fondu tərəfindən maliyyələşdirilib və NIHR UCLH Biotibbi Araşdırma Mərkəzi tərəfindən dəstəklənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31