azturkxeber.az
http://azturkxeber.az

"Türkiyə Cümhuriyyəti hüquqi dövlətdir” – Yılmaz Tunc

19-03-2025

 

Türkiyənin ədliyyə naziri Ekrem İmamoğlunun saxlanılmasına münasibət bildirib.

“Türkiyə Cümhuriyyəti hüquqi dövlətdir. Məhkəmələr müstəqildir və heç kim onlara göstəriş verə bilməz”.

Azturkxeber.az xəbər verir ki, bu sözləri İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun saxlanılmasına münasibət bildirən Türkiyənin ədliyyə naziri Yılmaz Tunc bildirib.

O, sözünün davamında vurğulayıb ki, Türkiyə ədliyyə orqanlarının başlatdığı araşdırmaları ölkə prezidentinin adı ilə əlaqələndirmək həddi aşmaqdır:

“Hər kəs bilməlidir ki, hüquqi dövlətdə cinayətin törədildiyi iddiası varsa, müdafiənin təşkil ediləcəyi yer küçələr deyil, məhkəmə orqanlarıdır. İstintaqın nəticəsini bilmədən onun lehinə və ya əleyhinə nəticə çıxarmaq doğru deyil. Təqsirsizlik prezumpsiyası vacibdir. Türkiyə məhkəmə sisteminə etibar etmək lazımdır. Qəbul ediləcək qərara hörmətlə yanaşmaq bizim ümumi məsuliyyətimizdir”.

Türkiyənin ədliyyə naziri əlavə edib ki, hazırda E.İmamoğlu da daxil olmaqla ümumilikdə 106 nəfər saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31